ELM VƏ TƏHSİL


Urdu dilini öyrənənlər üçün dərslik nəşr olunub

Bakı, 1 avqust, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin urdu dili müəllimi Eldost İbrahimovun müəllifi olduğu “Urdu dili A1” adlı dərslik çapdan çıxıb.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Şərqşünaslıq fakültəsinin Pakistan üzrə regionşünaslıq ixtisasında təhsil alan tələbələr üçün nəzərdə tutulan kitab Azərbaycan dilində rəngli və şəkilli formatda nəşr olunmuş ilk urdu dili dərsliyidir.

Azərbaycan ilə Pakistan arasındakı diplomatik əlaqələrin 30 illiyi və BDU-nun Urdu dili şöbəsinin fəaliyyətə başlamasının 20 illiyinə həsr edilmiş kitabdan Şərqşünaslıq fakültəsinin tələbələri ilə yanaşı, urdu dilini sərbəst və ya Azərbaycan dili ilə müqayisəli şəkildə öyrənmək istəyənlər istifadə edə bilər.

On dörd bölmədən ibarət dərsliyin nəşr olunmasında əsas məqsəd azərbaycanlı oxuculara urdu dilində yazmağı, oxumağı, anlamağı və danışmağı öyrətmək, eyni zamanda, onlara Pakistan xalqının mədəniyyəti, tarixi, məişəti barədə qısa mətnlər daxilində məlumat verməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.