CƏMİYYƏT


Ürək qüsuru olan uşaq invaziv müdaxilə üsulu ilə əməliyyat edilib

Bakı, 29 oktyabr, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında anadangəlmə ürək qüsuru olan uşaq inzaviz müdaxilə ilə əməliyyat edilib.

ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, uşağın ürəyindəki qulaqcıqlararası çəpərin defekti klinikanın pediatrik-invaziv kardioloqu Elşən Rzayev tərəfindən invaziv müdaxilə ilə əməliyyat olunub.

Kardioloqun sözlərinə görə, bu tip patologiyalar anadangəlmə ürək qüsurları arasında çox yayılıb və tez-tez rast gəlinir: “Belə qüsurlarda vaxtında əməliyyat etmək mütləq şərtdir. Çünki zamanında əməliyyat olunmazsa, sonradan həmin qüsur böyük yaşlarında xəstənin həyatına ciddi problem yarada bilər. Bəzən bu ürək qüsuru elə kiçik yaşlardan ürək boşluqlarına, ürəyin öz işinə zərər yetirir. Əgər həmin problem uşağın həyatına və normal fəaliyyətinə təsir edirsə, onda əməliyyat lazımdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.