CƏMİYYƏT


Ürəyi Vətən eşqi ilə döyünən Şəhnin...

Bakı, 3 fevral, AZƏRTAC

Fevralın 3-də Azərbaycan Hərb Tarixi Muzeyində Vətən müharibəsi şəhidi Şəhnin Novruzovun anadan olmasının 25 illiyinə həsr edilmiş “Ürəyi Vətən eşqi ilə döyünən Şəhnin” adlı anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Vətən müharibəsi şəhidi Şəhnin Şahlar oğlu Novruzovun ailə üzvləri, şəhid ailələri, 44 günlük Vətən müharibəsində şanlı tariximizin parlaq səhifəsi olan Zəfərin qazanılmasında xidmətləri olmuş qazilər iştirak ediblər.

Tədbirdə muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadənin məruzəsi, şəhid Şəhnin Novruzovun anası İlhamə xanımın, qardaşı Novruzov Səddamın, Vətən müharibəsi qəhrəmanı mayor Elçin Mansurovun anası Məleykə xanımın, şəhid analarının və digər qonaqların çıxışları dinlənilib.

Sonra şəhidlə bağlı qısametrajlı sənədli film nümayiş olunub.

Tədbirin bədii hissəsində Azərbaycan Ordusunun Həzi Aslanov adına İdeoloji İş və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında vətənpərvərlik mahnıları, hərbi-vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.