“Ürəyin koronar xəstəliyinin diaqnostikası və müalicəsinə aktual yanaşma” mövzusunda konfrans keçirilib
AzerTAg.az
Bakı, 25 may, AZƏRTAC
Elmi-Tədqiqat Kardiologiya İnstitutu və Mərkəzi Klinik Xəstəxananın birgə təşkilatçılığı ilə “Ürəyin koronar xəstəliyinin diaqnostikası və müalicəsinə aktual yanaşma” mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTAC Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) istinadla bildirir ki, konfransda C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru professor Gülnaz Dadaşova, TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin əməkdaşı Romella Osmanova, Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Anar İsrafilov, Mərkəzi Klinik Xəstəxananın direktoru Həsən Qəndilov, Mərkəzi Klinik xəstəxananın baş həkimi Kamran Musayev, Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənov, Azərbaycan Respublikasının baş kardioloqu Yusif Nağıyev, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Üzeyir Rəhimov və media nümayəndələri iştirak ediblər.
4 hissədən ibarət olan konfransda həkim və alimlər tərəfindən təqdim olunan məruzələr böyük maraqla qarşılanıb. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.



Xəbərin mətnində orfoqrafik səhv var