DÜNYA
Ursula von der Leyen: Aİ ilə Böyük Britaniya arasında ticarət müqaviləsinin imzalanması şansı getdikcə azalır
London, 16 sentyabr, AZƏRTAC
Avropa İttifaqı (Aİ) ilə Böyük Britaniya arasında bu ilin sonunadək imzalanmalı olan ticarət müqaviləsi ilə bağlı şanslar getdikcə azalır. Bu məsələdə inam gündən-günə tükənir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa Komissiyasının prezidenti Ursula von der Leyen söyləyib.
O qeyd edib ki, Avropa İttifaqı ticarət əlaqələrinin şərtləri razılaşdırılmazsa, nizamsız Brexitin baş verəcəyindən qorxur.
Xatırladaq ki, Böyük Britaniya Aİ ilə yanvar ayında imzalanan razılaşmanın bəndlərini dəyişdirən yeni qanun layihəsi irəli sürüb. Aİ bunun qarşılıqlı inama ciddi ziyan vurduğunu və Britaniyaya qarşı qanuni addımlar atmaqdan çəkinməyəcəyini açıqlayıb.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London