İDMAN
Uruqvay millisi Braziliyada keçirilən futbol üzrə dünya çempionatında ilk qələbəsini qazanmışdır VİDEO
Bakı, 20 iyun (AZƏRTAC). İyunun 19-da Braziliyada futbol üzrə dünya çempionatı çərçivəsində növbəti oyun keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, San-Pauludakı “Arena Corinthians”da “D” qrupu çərçivəsində Uruqvay və İngiltərə yığmaları qarşılaşmışlar.
İspaniyalı baş hakim Karlos Valesko Karbalyonun idarə etdiyi oyunun 39-cu dəqiqəsində uruqvaylı futbolçu Luis Suarez hesabı açmışdır. Matçın 75-ci dəqiqəsində İngiltərə millisinin futbolçusu Ueyn Runi hesabı bərabərləşdirmişdir. On dəqiqə sonra uruqvaylı Luis Suarez oyunda dubl etmiş və komandasının 2:1 hesablı qələbəsini rəsmiləşdirmişdir.
Qeyd edək ki, hər iki komanda çempionatda ikinci oyununu keçirmişdir. İlk oyunda Uruqvay millisi Kosta-Rikaya 1:3, İngiltərə yığması isə İtaliya kollektivinə 1:2 hesabı ilə məğlub olmuşlar.