Uruqvay xəbər agentliyi Azərbaycanın turizm məkanlarından yazıb
AzerTAg.az

Bakı, 2 aprel, AZƏRTAC
Uruqvay Şərq Respublikasında fəaliyyət göstərən Uy.Press xəbər agentliyi Azərbaycanın turizm məkanları barədə "Azərbaycan kəşf edilməli ölkədir" başlığı altında geniş məlumat dərc edib (https://www.uypress.net/Secciones/Azerbaiyan-un-pais-para-descubrir-uc128094).
Məqalədə bildirilir ki, uruqvaylılar Latın Amerikası ölkələri arasında ən çox səyahət edənlər sırasındadır. Pandemiyanın bitməsindən sonra bu tendensiya daha da geniş vüsət almışdır.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın təbiəti, mətbəxi, mədəniyyəti, milli adət-ənənələri, eləcə də müasir tikililərindən bəhs edən məqalədə ölkəmizin qədim insan məskəni olduğu bunun bariz nümunəsi kimi Azıx mağarasında tapılmış əmək alətləri barədə məlumat diqqətə çatdırılıb.
Bununla yanaşı Qarabağ atlarının xüsusiyyəti, eləcə də dünyada mövcud olan ən qədim at cinsindən olduğu qeyd edilib. Həmçinin çovqan oyunu barədə məlumat verilib.
Heydər Əliyev Mərkəzi barədə məlumat verilən məqalədə məhz bu layihə sayəsində memar Zaha Hadidin 2014-cü ildə memarlıq sahəsində ən nüfuzlu mükafatlardan birinə layiq görüldüyü qeyd edilib.
Xəbərin mətnində orfoqrafik səhv var