CƏMİYYƏT


Uşaq Endokrinoloqlarının birinci Konqresi keçirilib

Bakı, 4 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Azərbaycan Pediatr Endokrinoloqlar Cəmiyyətinin rəhbərliyi, Səhiyyə Nazirliyinin endokrinologiya üzrə baş ekspert-mütəxəssisi Babək Salekin sədrliyi ilə Bakı şəhərində Uşaq Endokrinoloqlarının birinci Konqresi keçirilib.

AZƏRTAC İSİM-in rəsmi instaqram səhifəsinə istinadla bildirir ki, pediatrlar, uşaq endokrinoloqları və ailə həkimləri üçün nəzərdə tutulan tədbirdə respublikamızın müxtəlif rayon və şəhərlərindən 250-yə yaxın həkim iştirak edib. Tədbirin məqsədi endikrinoloji xidmətinin yaxşılaşdırılması, uşaqlara göstərilən tibbi yardımın keyfiyyətinin və effektivliyinin artırılması, tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və praktiki bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.

Konqresdə uşaq endokrinologiyasının bütün sahələrini əhatə edən müxtəlif və aktual mövzularda məruzələr dinlənilib.

Qeyd edək ki, tədbir Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunmuş və 5 Davamlı Tibbi Təhsil kredit balı ilə dəyərləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.