MƏDƏNİYYƏT
Uşaq İncəsənət Məktəbinin şagirdlərindən növbəti uğur
Bakı, 2 iyun, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdləri növbəti uğura imza atıblar.
Baş İdarədən AZƏRTAC-a verilən məlumata görə, Qazaxıstanda onlayn keçirilən “Europe–Asia Festival” adlı II beynəlxalq incəsənət müsabiqə-festivalında musiqi məktəbinin şagirdləri (müəllim Nərminə Əliyeva) Xədicə Əhmədova fortepiano ixtisası üzrə 11-13 yaş kateqoriyasında uğurla çıxış edərək l dərəcəli diplomla və Cemre Biter 8-10 yaş kateqoriyasında ll dərəcəli diplomla təltif olunublar.
Həmçinin musiqi məktəbinin digər şagirdi Mələk Məstiyeva (müəllim Mehriban Əsgərova) Qazaxıstanda onlayn keçirilən “Diverti Mento” adlı ll beynəlxalq pianoçu və orqan ifaçıları müsabiqəsində fortepiano ixtisası üzrə 11-13 yaş kateqoriyasında uğurla çıxış edərək l dərəcəli diploma layiq görülüb.