REGİONLAR


Uşaq evində sevinc dolu anlar yaşanıb

Yevlax, 1 iyun, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Yevlax şəhər təşkilatının bir qrup fəal üzvü və “Kür” qəzetinin əməkdaşları 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününü Gəncə Şəhər Uşaq Evində məskunlaşan kimsəsiz və valideyn himayəsindən məhrum uşaqlarla birgə qeyd ediblər.

AZƏRTAC xəbər verir ki, “Kür” qəzetinin baş redaktoru, YAP Yevlax şəhər təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova, təşkilatın sədr müavini, aparat rəhbəri Əli Quliyev uşaqları əlamətdar bayram münasibətilə təbrik edib, onlara xoşbəxt və firavan gələcək arzulayıblar. Həmçinin dövlətimizin uşaqlara göstərdiyi diqqət və qayğıdan danışaraq, cəmiyyətin həssas qruplarından olan kimsəsiz və valideyn himayəsindən məhrum uşaqlara ictimai təşkilatların, eləcə də ayrı-ayrı şəxslərin diqqətinin artırılmasının vacibliyini vurğulayıblar.

Uşaq Evinin rəhbəri Nazilə İsmayılova bayramı kimsəsiz və valideyn himayəsindən məhrum olmuş uşaqlarla birgə keçirdiklərinə görə qonaqlara təşəkkürünü bildirib.

Musiqili əyləncəli proqramla davam etdirilən bayram tədbiri uşaqlara sevinc dolu anlar bəxş edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.