İDMAN


Uşaq futbol məktəblərinin rəhbərləri ilə görüş keçirilib

Bakı, 8 dekabr, AZƏRTAC

AFFA-nın Futbol Akademiyasında kütləvi futbol departamentinin müdiri Cahangir Həsənzadə və uşaq və gənclər üzrə yarışların keçirilməsi şöbəsinin müdiri Yusuf Vəliyev Bakı və Sumqayıtda müstəqil fəaliyyət göstərən - “Araz Bakı”, “Stars”, “Gilavar”, “Sumqayıt City”, “Xəzər Buzovna”, “Leon”, “Fənərbağça”, “Avropa Futbol Məktəbi” - uşaq futbol məktəblərinin rəhbərləri ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, görüşdə qarşılıqlı fikir mübadiləsi aparılıb, əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub. Eyni zamanda, yanvarda bu məktəblərin 5-6 yaşlı uşaqlardan ibarət komandaları arasında AFFA-nın təşkilatçılığı ilə turnirin keçirilməsi, uşaqların ad və soyadlarının AFFA-nın qeydiyyat bazasına daxil edilməsi, klublara assosiasiya tərəfindən idman ləvazimatlarının və invertarların verilməsi, oyunçuların transferi ilə bağlı yarana biləcək məsələlərdə köməklik göstərilməsi təklif edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.