ELM VƏ TƏHSİL


Uşaq-gənclər idman-şahmat məktəblərinin idmançıları V İslam Həmrəyliyi Oyunlarında uğurlu nəticələr göstəriblər

Bakı, 19 avqust, AZƏRTAC

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin idmançıları uğurlu nəticələr əldə ediblər.

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, V İslam Həmrəyliyi Oyunlarında uşaq-gənclər idman-şahmat məktəblərinin stolüstü tennis, ağır atletika, voleybol, atletika, həndbol, taekvondo, qılıncoynatma, veloidman, cüdo, idman gimnastikası, sərbəst, qadın və yunan-Roma güləşi idman növləri üzrə 24 idmançısı iştirak edib. Həmçinin müxtəlif idman növləri üzrə 16 nəfər məşqçi-müəllim yığma komandaların məşqçisi və hakim kimi V İslam Həmrəyliyi Oyunlarında iştirak edib.

Abşeron rayon ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Jalə Əliyeva qadınlar arasında güləş yarışında 57 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Eyni zamanda, 7 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançısı Barat Quliyev qılıncoynatmanın şpaqa növü üzrə komanda yarışında I yeri tutub.

Həndbol üzrə qadınlardan ibarət Azərbaycan yığma komandasının tərkibində çıxış edən 6 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançısı Kamilə Bayramova gümüş, Abşeron rayon ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin güləşçisi Elnurə Məmmədova (55 kq), Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Səbinə Əliyeva (57 kq) cüdo idman növü üzrə qadınlar arasında komanda yarışında bürünc medal qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.