CƏMİYYƏT


Uşaq hüquqları aylığına start verilir

Bakı, 17 noyabr, AZƏRTAC

Bu il BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının 30 illiyi qeyd edilir. Bu mühüm sənədin icrasının təmin edilməsi istiqamətində uşaq hüquqlarının qorunması və təşviqi sahəsində ölkəmizdə bir sıra mühüm tədbirlər həyata keçirilib. Bu sahədə iqtisadi, sosial, mədəni, hüquqi və digər sahələrdə mühüm islahatlar aparılır.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatda bildirilir ki, hər il olduğu kimi, bu il də müvəkkilin təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr–20 noyabr tarixlərində Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda Uşaq hüquqları aylığı elan edilir. Aylığın keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır.

Bu məqsədlə aylıq çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, QHT və KİV-lərə, icmalara ünvanlanan müraciətlər əsasında müxtəlif tədbirlər, dəyirmi masalar, treninq-seminarlar keçirilir, orta ümumtəhsil məktəblərində, uşaq müəssisələrində maarifləndirmə tədbirləri, müsabiqələr, sərgilər təşkil olunur ki, bu da uşaqların hüquqlarının səmərəli təmininə və təbliğinə, həmçinin onların fəallığına və iştirakçılığına xidmət edir.

Avropa Şurası bu il 18 noyabr tarixinin uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsinə dair Avropa Günü kimi qeyd edilməsini qərara alaraq, bununla bağlı müvafiq tədbirlər, proqramlar və başqa təşəbbüslərin həyata keçirilməsi ilə əlaqədar üzv ölkələrə müraciət edib.

Aylıq çərçivəsində keçiriləcək tədbirlərdə uşaqlara qarşı ayrı-seçkiliyin bütün növlərinin aradan qaldırılması məsələləri də müzakirə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.