MƏDƏNİYYƏT


Uşaq incəsənət məktəbi “Mən Azərbaycanlıyam” adlı hesabat konsertini təqdim edib

Bakı, 14 may, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Gəncə Şəhər Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə 4 nömrəli uşaq incəsənət məktəbi Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Mən Azərbaycanlıyam” adlı hesabat konsertini təqdim edib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə Gəncə şəhər Regional Mədəniyyət İdarəsinin əməkdaşları, Gəncə şəhər incəsənət, musiqi məktəblərinin rəhbərliyi və kollektivi, Gəncə şəhər Nizami rayonu İcra Hakimiyyətinin nümayəndələri və şəhər sakinləri iştirak ediblər.

Əvvəlcə 4 nömrəli uşaq incəsənət məktəbinin kollektivi ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi liderə ehtiramlarını bildiriblər.

Konsertdə qüdrətli dövlət xadimi və müdrik siyasətçi, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Məktəb şagirdləri Azərbaycan və xarici bəstəkarların əsərlərindən təşkil olunmuş rəngarəng konsert proqramı ilə çıxış edib və tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Həmçinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsinə təşkil edilmiş gəzinti şagird və müəllim kollektivinin xüsusi marağına səbəb olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.