REGİONLAR
Uşaq incəsənət məktəbi növbəti uğurunu qazanıb
Sumqayıt, 30 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Səid Rüstəmov adına 3 nömrəli uşaq incəsənət məktəbi növbəti uğurunu qazanıb. Məktəbin yetirməsi Gülxar Hüseynli Gürcüstanda onlayn formatında keçirilən beynəlxalq müsabiqədə qalib olub.
Sumqayıt Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-a bildirilib ki, fortepiano şöbəsinin 3-cü sinif şagirdi Gülxar Hüseynli M.Altunasvili və M.Panıaşvili adına musiqiçilərin 7-ci Beynəlxalq müsabiqəsində 1-ci yerə layiq görülüb və diplomla təltif olunub. Onu müsabiqəyə hazırlayan müəllim Rufana Zülfüqarova məktəbin yetirməsinin uğuru barədə məlumat verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:31]
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib
- 25.04.2024 [18:49]
Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib
- 24.04.2024 [15:52]