MƏDƏNİYYƏT


Uşaq incəsənət məktəbində Soltan Hacıbəyovun 100 illik yubileyi qeyd edilib

Bakı, 13 may, AZƏRTAC

Mayın 13-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 3 nömrəli uşaq incəsənət məktəbində görkəmli Azərbaycan bəstəkarı, dirijor və musiqi xadimi, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, professor Soltan Hacıbəyovun 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verilib. Bildirilib ki, Soltan Hacıbəyov xalq sənəti xəzinəsindən və dünya musiqi təcrübəsindən faydalanaraq müxtəlif janrlarda özünəməxsus üslubda epik vüsəti, dərin lirizmi və dolğun məzmunu ilə səciyyələnən qiymətli əsərlər yaradıb. Azərbaycan simfonik musiqisinin təşəkkülü və inkişafında onun mühüm xidmətləri var.

Məktəbin şagirdləri bəstəkarın əsərlərini məharətlə ifa ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.