MƏDƏNİYYƏT


Uşaq incəsənət məktəbində Xalq artisti Süleyman Ələsgərovun 95 illiyi qeyd edilib

Bakı, 24 aprel, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 3 nömrəli uşaq incəsənət məktəbi görkəmli bəstəkar, Xalq artisti Süleyman Ələsgərovun 95 illik yubileyinə həsr olunmuş tədbir keçirib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə bəstəkarın ömür yolu və yaradıcılığı haqqında geniş məlumat verilib. Bildirilib ki, əsərləri hər bir azərbaycanlının qəlbində əbədi iz qoyan, dahi Üzeyir Hacıbəyli məktəbinin layiqli davamçısı olan Süleyman Ələsgərov milli mədəniyyətimizə bənzərsiz musiqi əsərləri bəxş edib.

Tədbirdə şagirdlərin ifasında bəstəkarın sevilən əsərləri ifa olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.