MƏDƏNİYYƏT


“Uşaq kitab həftəsi”nə yekun vurulub

Bakı, 11 avqust, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Uşaq şöbəsi tərəfindən həyata keçirilən “Uşaq kitab həftəsi”nə yekun vurulub.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, uşaqların yay tətili günlərini daha maraqlı və səmərəli keçirmələri üçün “Uşaq kitab həftəsi” keçirilib. Uşaq şöbəsinin təşkil etdiyi bu layihədə həftə ərzində kitabsevər uşaqlar iştirak ediblər.

Uşaqlar kitabxanaya gələrək çoxlu kitablarla tanış olub, mütaliə etmək üçün evə kitablar aparıblar. Həftə ərzində uşaqlar üçün “Ucadan oxu”lar da təşkil olunub.

Nağıllar, hekayələr və povestlərin nümayiş olunduğu kitab sərgisi ilə maraqlanan uşaqlara kitabxana tərəfindən kitab və hədiyyələr təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.