MƏDƏNİYYƏT


Uşaq musiqi məktəbi rəngarəng onlayn konsert təşkil edib

Bakı, 3 iyun, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 33 nömrəli uşaq musiqi məktəbi Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaq bayramı” adlı rəngarəng onlayn konsert keçirib.

İdarədən AZƏRTAC-a bildirilib ki, bayram konsertində Azərbaycan bəstəkarlarından F.Əmirovun, S.Rüstəmovun musiqiləri, “Ağacda alma”, “Bir cüt sona” xalq mahnıları və eləcə də xarici bəstəkarlardan L.V.Bethoven, P.İ.Çaykovski, D.Kabalevski, Mak Douell, L.Kaçurbina, V.Şainski və L.Knipperin əsərləri şagirdlərin ifasında səsləndirilib.

Məktəb istər respublika, istərsə də bütün dünyada yaşayan uşaqları bayram münasibətilə təbrik edib, onlara məşhur mahnıda deyildiyi kimi, aydın səma, parlaq günəş və bol-bol sevinc arzulayıb.

Konserti məktəbin “Facebook” və “Instagram” səhifələrindən izləyə bilərsiniz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.