MƏDƏNİYYƏT


Uşaq musiqi məktəbinin beynəlxalq müsabiqədə növbəti uğuru

Bakı, 4 may, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 34 nömrəli uşaq musiqi məktəbinin şagirdi beynəlxalq müsabiqədə uğur qazanıb.

İdarədən AZƏRTAC-a bildirilib ki, məktəbin xanəndə ixtisası üzrə təhsil alan şagirdi İbrahim Qasımov Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərinin Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilən “Astana Vision Contest” I Beynəlxalq vokal-instrumental musiqi müsabiqəsində uğurla çıxış edib.

Musiqi məktəbinin şagirdi münsiflər heyəti tərəfindən Qran-Pri mükafatına layiq görülüb. Eyni zamanda, İbrahim Qasımovun müəllimi Bəxşeyiş Mehdiyev, konsertmeysterləri Məhəmməd Hacıyev və Samitxan Mürşüdov təşəkkürnamə ilə təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.