MƏDƏNİYYƏT


Uşaq musiqi məktəbinin şagirdi beynəlxalq müsabiqədə birinci yerə layiq görülüb

Bakı, 21 iyun, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 34 nömrəli uşaq musiqi məktəbinin klarnet ixtisası üzrə şagirdi Elvin Rəhimov Serbiyanın Sremska Mitrovica şəhərində keçirilən “Sirmium” V beynəlxalq musiqi festivalında iştirak edib.

İdarədən AZƏRTAC-a bildirilib ki, müsabiqənin məqsədi müxtəlif ölkələrdən olan istedadlı uşaq və gəncləri tanıtmaq, beynəlxalq səviyyədə yaradıcılıq əlaqələrini inkişaf etdirməkdir.

Müsabiqənin yekununa əsasən, Elvin Rəhimov 100 bal toplayaraq münsiflər heyəti tərəfindən birinci yerə layiq görülüb. Həmçinin məktəbin direktoru Vəfa Həziyeva və şagirdin müəllimi Zaman Həsənov “Təşəkkürnamə” ilə təltif olunublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.