ELM VƏ TƏHSİL


Uşaq musiqi məktəblərinə işə qəbul üçün test imtahanına qeydiyyat aparılır

Bakı, 25 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Dövlət İmtahan Mərkəzi (DİM) ilə birgə uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllim vəzifəsinə işə qəbul olmaq istəyən şəxslər üçün test imtahanı keçirəcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan üçün qeydiyyat Mərkəzin internet saytında iyulun 28-i saat 17:00-dək davam edəcək. İşə qəbul imtahanı avqustun 7-də təşkil ediləcək. İyulun 17-də isə sınaq imtahanı keçiriləcək. Sınaq imtahanına qeydiyyat DİM-in internet saytında iyulun 7-si saat 17:00-dək aparılacaq.

Namizədlər link vasitəsilə qəbul qaydaları, müsabiqə şərtləri və test mərhələsi üzrə proqramla tanış ola bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.