Uşaq musiqi məktəblərinə işə qəbul üzrə imtahan verəcək namizədlər buraxılış vərəqəsini çap edə bilərlər
AzerTAg.az
Bakı, 2 avqust, AZƏRTAC
Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə avqustun 7-də keçiriləcək imtahanda iştirak edəcək namizədlər buraxılış vərəqəsini çap edə bilərlər.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, imtahana buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, yer, bina, zal, başlanma vaxtı və namizədin imtahan binasına gəlmə vaxtı və s. məlumat qeyd olunub.
Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və buraxılış vərəqəsini mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Xəbərin mətnində orfoqrafik səhv var