ELM VƏ TƏHSİL


Uşaq musiqi məktəblərinə müəllimlərin işə qəbulu üzrə sınaq imtahanına qeydiyyat sona yaxınlaşır

Bakı, 4 iyul, AZƏRTAC

Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə sınaq imtahanı iyulun 17-də keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat iyulun 7-si saat 17:00-dək davam edəcək.

Qeyd edək ki, imtahanda namizədlərin ixtisas (musiqi / təsviri sənət / xoreoqrafiya), pedaqogika, məntiq və ümumi dünyagörüşü üzrə bilikləri qiymətləndiriləcək.

Namizədlər link vasitəsilə qəbul qaydaları, müsabiqə şərtləri, test mərhələsi üzrə proqramla tanış ola və sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.