MƏDƏNİYYƏT


Uşaq rəsm müsabiqəsinin nəticələri elan edilib

Bakı, 30 aprel, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) Moskvada Ümumrusiya Uşaq Kitabı Festivalı – Uşaq Kitabı Həftəsi çərçivəsində keçirilən uşaq rəsm müsabiqəsində iştirak edib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, ötən il keçirilən uşaq rəsm müsabiqəsi Böyük Vətən müharibəsinin 75-ci ildönümünə və həmin ildə yubileyləri qeyd edilən yazıçılardan C.Rodari, A.S.Ekzüperi, Mark Tven, P.Yerşov və H.X.Andersenə həsr olunub.

Müstəqil Dövlətlərin Kitabyayımı Assosiasiyasının təşkil etdiyi müsabiqəyə 200-dən çox uşaq rəsmi təqdim edilib və müsabiqənin yekunlarında 68 ən yaxşı rəsm seçilərək nəşr olunan albomda yer alıb.

Yasamal rayon MKS-i müsabiqəyə səkkiz rəsm əsəri ilə qatılıb ki, onlardan üçü münsiflər heyəti tərəfindən bəyənilərək nəşr olunan alboma daxil edilib.

Azərbaycan Milli Konservatoriyasının nəzdində Respublika İncəsənət Gimnaziyasının şagirdi Əminə Hidayətli müsabiqədə III yerə layiq görülüb və diplomla təltif edilib. “Maraqlı-az” İncəsənət Studiyasının şagirdləri İradə Hacızadə və Anastasiya Bekeşa fəxri fərmanla təltif ediliblər. Qaliblərə, həmçinin albom və kitab hədiyyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.