CƏMİYYƏT


“Uşaq və Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

Bakı, 31 mart, AZƏRTAC

Ölkə əhalisinin sağlamlığının qorunması və koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlərin tərkib hissəsi kimi Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlərin köçürülməsi davam etdirilir. Dövlət başçısı İlham Əliyevin “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna “Uşaq və Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən könüllü ianə edilib.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, QHT Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 manat məbləğində maliyyə vəsaiti köçürüb.

“Uşaq və Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi koronavirus pandemiyasının vətəndaşlarımıza və iqtisadiyyatımıza təsirinin qarşısını almaq üçün dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərə dəstək göstərmək məramı ilə xalqımızla həmrəyliyini bəyan edir. İctimai Birlik bu mübarizədə fonda dəstək üçün bütün qeyri-hökumət təşkilatlarını milli həmrəyliyə, bu virusa qarşı birgə mübarizədə birlik göstərməyə çağırır və bu sahədə əhalini maarifləndirmədə fəal olmağa dəvət edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.