Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Uşaq və yeniyetmələrdə sümük toxumasının qurulması üçün kritik dövr 25 yaşa qədər davam edir

Uşaq və yeniyetmələrdə sümük toxumasının qurulması üçün kritik dövr 25 yaşa qədər davam edir

Bakı, 27 dekabr, AZƏRTAC

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Sədaqət Hüseynova tibbi reabilitasiya, reabilitasiya zamanı istifadə olunan metodlar, müalicə ilə reabilitasiya arasında fərq, müasir tibdə reabilitasiyanın əhəmiyyəti, uşaq və yeniyetmələrin sümük sağlamlığı üçün qidalanmalarında diqqət edilməli məqamlar ilə bağlı sualları cavablandırıb. AZƏRTAC həmin müsahibəni təqdim edir.

- Sədaqət xanım, tibbi reabilitasiya nədir və hansı xəstəliklərdən sonra həyata keçirilməsi tövsiyə olunur?

- Tibbi reabilitasiya xəstələrin müxtəlif xəstəliklərdən sonra itirilmiş funksiyalarının maksimal bərpasına yönəlmiş kompleks müalicə və profilaktika tədbirləridir. Bu gün tibbi reabilitasiya pasiyentin xəstəxanadan evə yazıldıqdan sonra tövsiyə olunan hansısa idman hərəkəti və ya fizioterapiya kursundan ibarət deyil, müxtəlif ixtisas həkimlərinin – fizioterapevt, masajçı, əmək terapevti, psixoloq, loqoped və digər mütəxəssislərin iştirakı ilə aparılan tədbirlər kompleksidir.

O, bir çox nevroloji, neyrocərrahi, travmatoloji, artroloji xəstəliklərin, xüsusən də neyrocərrahi əməliyyatlardan sonra xəstələrdə itirilmiş funksiya və vərdişlərin bərpasında çox mühüm əhəmiyyət kəsb edir. Reabilitasiya, həmçinin xəstənin əzələ gücünün bərpasına, təkrar xəstələnmə və fəsadların qarşısının alınmasına yönəlir.

- Tibbi reabilitasiya zamanı hansı metodlardan istifadə olunur?

- Müasir dövrdə tibbi reabilitasiyanın istifadə sahəsi çox genişdir. İnsult, kəllə-beyin travması, onurğa beyni xəstəliyi və travma, dağınıq skleroz, Parkinson xəstəliyi, periferik sinir sistemi xəstəliyi və zədələnmələr, serebral iflic, revmatik xəstəlik, idman travma və yaralanmaları, neyrocərrahi, artroloji və kardioloji əməliyyatlardan sonrakı vəziyyətlər, skolioz kimi bir çox xəstəlikləri əhatə edir. Qeyd etmək lazımdır ki, son illərdə əl reabilitasiyası, amputasiyadan sonrakı reabilitasiya, xroniki ağrı sindromunun reabilitasiyası kimi istiqamətlər də inkişaf edib.

Reabilitasiyada mühüm rol fiziki məşqlərə məxsusdur. Belə ki, insult, travma, neyrocərrahi əməliyyatlardan sonra xəstələrdə çox zamanı hərəki pozuntular müşahidə olunur. Xəstələrdə nitq pozuntuları olduqda onların reabilitasiyası ilə loqoped məşğul olur. Bu zaman xəstə sanki yenidən danışmağı öyrənir. Yaxud pasiyentin xəstəlik nəticəsində itirilmiş əmək qabiliyyətinin bərpasına və ya yenisinin əldə olunmasına əmək terapevti kömək edir. Nəticədə məhz kompleks reabilitasiya tədbirlərinin aparılması şəxsin sağalmasına səbəb olur. Reabilitasiya müalicəsinin uğuru həm düzgün qoyulmuş diaqnozdan, həm də reabilitasiya tədbirlərinin optimal seçilməsindən, düzgün və vaxtında yerinə yetirilməsindən asılı olur.

Tibbi reabilitasiyanın əsas metod və alətlərinə fiziki məşqlər, kineziterapiya, masaj, fizioterapevtik üsullar, manual terapiya, müxtəlif elektrostimulyasiya üsulları, krioterapiya, iynəbatırma üsulları, sosial, psixoloji və logopedik yardım, robotiv texnika və müxtəlif virtual proqramlar kimi üsullar daxildir.

İstənilən reabilitasiyanın əsas tərkib hissəsini itirilmiş hərəki funksiyaların bərpasına, əzələlərin stimulyasiyasına, toxuma və orqanlarda reparativ proseslərin, qan dövranının sürətlənməsinə təkan verən fizioterapiya üsulları təşkil edir. Düzgün seçilmiş reabilitasiya kompleksi xəstələrin daha erkən bərpasına, həyat keyfiyyətinin yüksəlməsinə və əlilliyin azalmasına kömək edir.

- Müalicə ilə reabilitasiya arasında fərq nədən ibarətdir?

- Geniş aspektdən yanaşdıqda həm müalicə, həm də reabilitasiya xəstəlik və travmaların nəticələrinin aradan qaldırılmasına, xəstələrin əməyə və cəmiyyətə qaytarılmasına yönəldilmiş bir-birinə bənzər vəzifələri icra edirlər. Bir çox hallarda reabilitasiyaya müalicənin və ya bərpa müalicəsinin davamı, yaxud da müalicəni, profilaktikanı və dispanserizasiyanı əhatə edən bir proses kimi baxılır.

Buna baxmayaraq, tibbi reabilitasiya yalnız özünə məxsus olan xüsusiyyətlərə malikdir ki, o da bu iki məfhumu bir-birindən fərqləndirməyə imkan verir. Yadda saxlamaq lazımdır ki, müalicə xəstəliklə mübarizəyə, xəstəliyin səbəblərinə və xəstəliyin mahiyyətinin aradan qaldırılmasına yönəlir. Reabilitasiya isə hər şeydən əvvəl orqanizmin müdafiə mexanizmlərinin mobilizasiyasına yönəlmiş olur.

Müalicə həmişə xəstəliyin əlamətlərinə istiqamətləndiyi halda reabilitasiya xəstəliyin qalıqlarına və onların aradan qaldırılmasına yönəlmiş olur. Müalicə orqanizmin bugünkü vəziyyətinə yönəlmiş tədbirdir, reabilitasiya isə daha çox şəxsiyyətə və gələcəyə ünvanlanan tədbirlər kompleksidir.

Reabilitasiyada daima xəstəliyin proqnozu, reabilitasion potensial, əmək proqnozu müəyyənləşdirilir. Müalicə isə konkret olaraq xəstəliyin ləğv olunmasına və kompensasiyaya yönəlir. Müalicə xəstənin iştirakı olmadan aparılan və müəyyən mənada passiv metod olduğu halda reabilitasiya prosesində xəstənin aktiv iştirakı tələb olunur.

Müalicə və reabilitasiya müxtəlif istiqamətli proqnozlara əsaslanır. Belə ki, müalicə xəstəlik və onun sindromlarına (əlamətlərinə) əsaslandığı halda reabilitasiya funksional diaqnoza dayanır.

- Müasir tibdə reabilitasiyanın əhəmiyyəti nədən ibarətdir?

- Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təbirincə, reabilitasiya sağlamlıq imkanları məhdud insanların optimal həyat və əmək imkanları əldə etmək üçün sosial, tibbi, pedaqoji və professional tədbirlərin kombinə olunmuş istifadəsidir. Geniş anlamda reabilitasiya insanların həyat keyfiyyətinə böyük təsir göstərə bilir, insanların dolğun həyata qaytarılmasına xidmət edir. Xəstə insan sadəcə olaraq mövcud olmamalı, insanlıq ləyaqətini itirmədən tam keyfiyyətli həyat yaşamalıdır.

Sağlamlıq imkanları məhdud insanların hərəki sferada əldə etdikləri ən kiçik bərpa onlar tərəfindən uğur kimi qəbul edilir. Reabilitasiya özünün rəngarəng metodları ilə həmişə insan şəxsiyyətinə dayanır, insanın xəstəliklə pozulmuş funksiyalarının və onun sosial əlaqələrinin bərpasına kömək edir.

- Uşaq və yeniyetmələrdə hansı yaş aralığı sümük sağlamlığı üçün önəmlidir və bu yaş aralığında qidalanmada nəyə diqqət edilməlidir?

- Uşaq və yeniyetmələrdə sümük toxumasının qurulması üçün kritik dövr 25 yaşa qədər davam edir. Əgər bu dövrdə möhkəm sümüklər formalaşırsa, insan sonra osteoporoza az meyilli olur. Bizim sümüklərimizin təxminən yarısı yeniyetməlik dövründə yaranır. Sümüyün pik mineral sərtliyinin 80 faizi genetik faktorlarla müəyyənləşir, ancaq qidalanma və fiziki aktivlik kimi amillər də sümük kütləsinin artmasına əhəmiyyətli təsir göstərir. Sümüklərdə kalsiumun maksimum toplanması oğlanlarda 14 yaşa, qızlarda isə 12,5 yaşa təsadüf edir.

Sümüklərin sağlamlığı üçün kalsium, vitamin D və zülallar mühüm əhəmiyyət kəsb edirlər. Kalsium sümüklərin möhkəmliyi üçün çox vacibdir. Belə ki, orqanizmdə olan 1 kiloqram kalsiumun 99 faizi sümüklərdə toplanır. Sümüklərdə kalsium ehtiyatlarının toplanması hesabına qanda onun səviyyəsi stabil saxlanılır ki, bu da sinir sistemi və əzələlərin fəaliyyəti üçün çox mühümdür. Kalsiumun ən yaxşı mənbəyi süd və digər süd məhsullarıdır. Lakin yaşıl tərəvəzlər, balıq, qoz və digər məsullar da kalsium ilə zəngindirlər. Bizim istifadə etməli olduğumuz kalsiumun miqdarı yaşdan asılı olaraq dəyişir. Ehtiyac olan kalsiumun istifadəsi haqqındakı tövsiyələr müxtəlif ölkələrdə fərqlidir, lakin əsas mahiyyət ondan ibarətdir ki, insanlar yetərli miqdarda kalsium qəbul etməlidirlər. Qida ilə kalsium qəbulu yetərsiz olduqda o, qida əlavələri şəklində, vitamin D ilə birlikdə istifadə edilir (sutkada 500-600 mq). Vitamin D skeletin inkişafında və sümük sağlamlığının saxlanmasında mühüm rol oynayır: bağırsaqda kalsiumun sorulmasına yardımçı olur və sümüklərin mineralizasiyasını təmin edir. O, dəridə günəşin ultrabənövşəyi B dalğalarının təsiri altında yaranır. Bunu nəzərə alaraq, hər gün 10-20 dəqiqə açıq havada günəş altında olmaq tövsiyə olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək