MƏDƏNİYYƏT
Uşaqlar arasında “Planetimizi sağaldaq” adlı rəsm müsabiqəsi keçirilib
Bakı, 10 iyun, AZƏRTAC
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi nəzdində “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Ümumdünya Ətraf Mühit Günü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının təşkilatçılığı ilə uşaqlar arasında “Planetimizi sağaldaq” adlı rəsm müsabiqəsi keçirilib.
“İçərişəhər” Qoruq İdarəsindən AZƏRTAC-a bildirilib ki, “EU4Climate” layihəsi çərçivəsində ərsəyə gələn müsabiqə ətraf mühitin qorunmasının vacibliyi barədə maarifləndirmənin aparılmasında maraqlı olan 7-12 yaşlı uşaqlar arasında təşkil olunub.
Tədbirdə, həmçinin “EkoSfera” Sosial-Ekoloji Mərkəzi tərəfindən balaca rəssamlar üçün interaktiv, əyləncəli ekoloji oyunlar keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:02]
Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib
- 28.03.2024 [17:16]
Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş
- 28.03.2024 [17:08]