MƏDƏNİYYƏT


Uşaqlar arasında onlayn rəsm müsabiqəsi təşkil olunub

Bakı, 14 sentyabr, AZƏRTAC

Hazırda oxucu-kitabxana münasibəti virtual məkana keçib. Məhz bu səbəbdən də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) uşaqlar arasında “Sevimli əsərimə rəsm çəkirəm” adlı rəsm müsabiqəsi təşkil edib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, müsabiqəyə bu gün start verilib və bir ay ərzində davam edəcək.

Rəsm müsabiqəsinə nağıl, əfsanə, povest, şeir və hekayələrə aid rəsmlər onlayn formada təqdim oluna bilər. Rəsmlərdə uşaqlar sevimli nağıl və hekayə qəhrəmanlarını, əsərlərdən səhnəcikləri təsvir edə bilərlər.

Uşaqların həyatında bədii ədəbiyyatın xüsusi rolu vardır. Uşaqlar bədii əsərlərə müraciət edərkən oradakı qəhrəmanlara bənzəmək istəyirlər, bədii əsərlərin səhnələrini gözlərinin önünə gətirirlər. Uşaqların təlim-tərbiyəsinin, estetik zövqünün formalaşmasında bədii ədəbiyyatın əhəmiyyəti əvəzsizdir.

Müsabiqənin qaliblərinə kitabxananın fəxri fərmanı və tanınmış yazıçı Çingiz Abdullayevin kitabı təqdim olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.