İDMAN


Uşaqlar arasında sinxron üzgüçülük üzrə “Aqua Stars” beynəlxalq turniri keçirilib

Bakı, 8 dekabr, L.Qurbanova, S.Quliyev, AZƏRTAC

Bakıda Su İdmanı Sarayının təşkilatçılığı ilə uşaqlar arasında sinxron üzgüçülük üzrə “Aqua Stars” beynəlxalq turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Gənclər və İdman Nazirliyinin və Azərbaycan Üzgüçülük Federasiyasının dəstəyi ilə təşkil olunan turnirdə 7 ölkədən 100-ə yaxın idmançı iştirak edib.

Yarışların açılış mərasimində çıxış edən Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti, Su İdmanı Sarayının direktoru Elçin Həsənov ölkəmizdə sinxron üzgüçülük üzrə ilk dəfə keçirilən beynəlxalq turnirin əhəmiyyətini vurğulayıb. Azərbaycanda müxtəlif idman növlərinin inkişafı üçün yaradılan şərait nəticəsində təmsilçilərimizin mühüm nailiyyətlər qazandığını söyləyən E.Həsənov bildirib: “Qabaqcıl idman ölkələrindən biri olan Azərbaycanda müxtəlif idman növlərinin inkişafı üçün geniş imkanlar yaradılıb. Dövlətin idmana olan diqqət və qayğısı sayəsində idmançılarımızın qazandıqları qələbələrin sayı getdikcə artır. Üzgüçülük idman növünün inkişafı istiqamətində görülən işlər öz miqyasını daha da genişləndirir. Sinxron üzgüçülük üzrə belə bir turnirin ölkəmizdə təşkili bu idman növünün inkişafında əhəmiyyətli rol oynayır”.

Azərbaycanın Respublikasının dövlət himni səsləndirildikdən sonra yarışlara start verilib.

Ölkəmizdə ilk dəfə keçirilən yarışda idmançılar 5-15 yaş kateqoriyaları üzrə mübarizə aparıblar.

Turnirdə fərqlənən idmançılara diplom, medal və müxtəlif hədiyyələr təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.