CƏMİYYƏT


Uşaqlar bizim gələcəyimizdir

Bakı, 14 sentyabr, AZƏRTAC 

Yeni dərs ilinin başlaması ilə əlaqədar daxili işlər orqanları əməkdaşlarının keçirdikləri silsilə tədbirlərə qərb bölgəsindəki rayon polis şöbələri də biganə qalmayıblar. Polis əməkdaşları tərəfindən aztəminatlı ailələrin övladlarına dərs ləvazimatları hədiyyə olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Göygöl rayonunda bir neçə aztəminatlı ailələrlə görüşən rayon polis şöbəsinin rəisi, polis polkovniki Müqalib Abdıyev onların bu il birinci sinfə gedəcək övladlarına yeni dərs ilində uğurlar arzulayıb. Bildirib ki, ölkəmizdə təhsilə yüksək qiymət verilir və inkişaf etməsi üçün lazımi tədbirlər görülür. Bu, dövlətimizin mövqeyidir. Hər il Azərbaycanda məktəblər təmir edilir, müasir standartlara cavab verən avadanlıqla təchiz olunur. Bütün bunlar məktəblilərin yaxşı təhsil alması, məktəbə davamiyyətin yaxşı olması üçündür. O, şagirdlərə yaxşı oxumağı, bilik və bacarıqlarını inkişaf etdirməyi tövsiyə edib.

Belə bir tədbir Goranboy rayonunda da keçirilib. Dərs ilinin başlanması ilə əlaqədar məktəblilərlə görüşən rayon polis şöbəsinin rəisi, polis polkovniki Ramin Qədirov məktəblilərə dərs ilində müvəffəqiyyətlər arzulayıb. O bildirib ki, bu gün dövlətimizin uşaqlara göstərdiyi diqqət və qayğı göz qabağındadır. Ölkəmizdə uşaqların sağlam böyümələri, onların hərtərəfli inkişafı üçün dövlət səviyyəsində ən yüksək qayğı göstərilir.

Polis əməkdaşları Şəmkirdə də məktəblilərin qonağı olublar. Görüşdə bildirilib ki, hər bir şagirdin şəxsiyyət kimi formalaşması demokratik dövlətin milli təhsil sisteminin başlıca vəzifəsidir. Tədbirdə vurğulanıb ki, dövlətimizin başçısı uşaq və gənclərimizin milli və ümumbəşəri dəyərlər əsasında formalaşmasını, dövlətçilik ideyalarına sədaqət, Vətənə, torpağa məhəbbət ruhunda tərbiyəsini daim diqqətdə saxlayır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.