MƏDƏNİYYƏT


Uşaqlar dünya ətrafında səyahət edəcək

Bakı, 19 may, AZƏRTAC

İyunun 1-də Heydər Əliyev Sarayında Beynəlxalq Uşaqlar Gününə həsr olunmuş “80 dəqiqə dünya ətrafında sehrli səyahət” adlı musiqili-tamaşa təqdim olunacaq.

Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, musiqili-tamaşada “Zima” uşaq festivalı iştirakçılarının çıxışları, fərqli rəqslər və interaktiv oyunlar nümayiş olunacaq. Uşaqlar, dünya ətrafı səyahətdə, yeni məlumatlar alacaq və onlara xoş əhval-ruhiyyə bəxş ediləcək.

Əfsanəvi personajın iştirakı ilə əyləncə dolu gecədə iştirak etmək istəyənlər biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından əldə edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.