CƏMİYYƏT


Uşaqlar gülərsə dünya güləcək

Bakı, 27 noyabr, AZƏRTAC

Noyabrın 27-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Uşaqlar gülərsə dünya güləcək” layihəsi həyata keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində Bakı şəhəri Nizami rayonundakı 1 saylı, Suraxanı rayonundakı 2 saylı və Xətai rayonundakı 3 saylı uşaq evlərində görüşlər keçirilib.

Tədbirlərdə Fondun icraçı direktoru Mehman İsmayılov, icraçı direktor müavini Ceyhun Əliyev, Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Günay Qurbanova, uşaq evlərinin direktorları, tərbiyəçiləri iştirak ediblər.

Çıxışlarda mənəvi dəyərlərimiz, uşaqların sağlam və parlaq gələcəyi, onların inkişafı ilə bağlı fikirlər səsləndirilib.

Layihə çərçivəsində uşaq evlərində məskunlaşmış 400-ə yaxın uşağa müxtəlif hədiyyələr təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.