CƏMİYYƏT
Uşaqlar üçün “Gəlin birlikdə oynayaq” adlı tədbir təşkil edilib
Bakı, 1 iyun, AZƏRTAC
İyunun 1-də UNICEF-in Azərbaycan nümayəndəliyinin dəstəyi və Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Gəlin birlikdə oynayaq” adlı əyləncəli tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Uşaq Paralimpiya Komitəsində fəaliyyət göstərən üç idman növü - basketbol, tennis və boccia nümayiş olunub. Qonaqlar Uşaq Paralimpiya İdman Oyunlarının çempionları ilə tanış olub, onlarla yarışlarda iştirak etmək imkanı əldə ediblər.
Tədbirdə Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov da iştirak edərək uşaqlara dəstək olub.