CƏMİYYƏT


Uşaqlar üçün hüquqi yardım göstərilməsinə dair beynəlxalq standartlarla bağlı təlim keçirilib

Bakı, 7 dekabr, AZƏRTAC

UNİSEF-in Azərbaycan nümayəndəliyi və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə “Uşaqlar üçün hüquqi yardım göstərilməsinə dair beynəlxalq standartlar” mövzusunda vəkillər üçün təlim keçirilib.

Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, kollegiyanın üzvü Rafiq Alışov tərəfindən aparılan təlimdə uşaqlara qarşı hüquq pozuntuları ilə bağlı sosial videoçarx, həmçinin Azərbaycanda məhkumluqda olan və ya müxtəlif formalı zorakılığa məruz qalmış uşaqlardan götürülmüş müsahibələr nümayiş etdirilib.

Təlimçi-ekspert Rafiq Alışov uşaqların hüquqi müdafiəsi zamanı xüsusi yanaşmanın, onların psixoloji və sosioloji durumunun nəzərə alınmasının zəruriliyi və uşaqlara hüquqi yardım zamanı beynəlxalq standartlar və əsas prinsiplərdən bəhs edib. Təlim əldə olunan biliklərə dair müzakirələrlə davam edib.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.