MƏDƏNİYYƏT


“Uşaqlara mütaliəni sevdirək” layihəsi çərçivəsində məktəbli uşaqlar şair və yazıçıların kitabları ilə tanış olublar

Bakı, 10 avqust, AZƏRTAC

Avqustun 10-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) “Uşaqlara mütaliəni sevdirək” layihəsi davam edir.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində MKS-nin 1 nömrəli filialının kitabxanada məktəbli uşaqlar şair və yazıçıların kitabları ilə tanış olublar.

Məlumat verilib ki, uşaqların tətilinin maraqlı və səmərəli keçməsi üçün onlara kitab oxumaq, mütaliə etmək sevdirilməlidir. Bu kitabxananın uşaqlara verə biləcəyi ən böyük dəstəkdir.

Kitab idrak mənbəyi və kamillik vasitəsidir. Bəzən müəyyən çətinliklər olur ki, bunların öhdəsindən gəlmək üçün bizə məhz kitablar kömək olur.

Kitab insanların hisslərini, fikirlərini uzaqdakılara və sonra gələn nəsillərə çatdırmaq üçün çap olunmuş və ya yazılı vərəqlərin bir araya gəlməsi ilə kağız üzərində yaradılan əsərdir.

Kitab insan üçün mənəvi qidadır, həm də oxuyanlara istiqamət vermək üçün də istifadə olunub.

Kitab bir nəslin o biri nəslə qoyub getdiyi mənəvi vəsiyyətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.