CƏMİYYƏT


Uşaqlarda böyrək çatışmazlığının simptomları hansılardır?

Bakı, 7 fevral , AZƏRTAC 

Uşaqlarda böyrək çatışmazlığının müəyyən əlamətləri var.

Azərbaycan Tibb Universitetindən AZƏRTAC-a bildiriblər ki, uzun və davamlı irəliləyən böyrək çatışmazlıqlarının ilk illərində sidiyin miqdarının azalması, halsızlıq, iştahasızlıq, qusma, üzdə və ayaqlarda şişmələr, nəfəs darlığı müşahidə edilir. Bundan əlavə uşaq gecələri bir neçə dəfə sidiyə qalxa bilər. Zamanla böyümə yavaşlayır, sümük inkişafı pozulur, sümüklərdə əyilmələr görünür; halsızlıq, iştahasızlıq, solğunluq müşahidə edilir.

Uşaqlarda belə hallar müşahidə edilərsə, dərhal həkimə müraciət etmək lazımdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.