CƏMİYYƏT


Uşaqlarda göz patologiyaları

Bakı, 16 iyul, AZƏRTAC 

Göz xəstəliklərinin bir çoxu uşaq yaşlarında meydana çıxır. Bu səbəbdən erkən diaqnozun qoyulması və düzgün müalicənin seçilməsi çox önəmlidir.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, uşaqlar 1 yaşında, məktəbə getməzdən əvvəl və məktəb vaxtı mütəmadi olaraq göz müayinəsindən keçməlidirlər.

Əgər uşaqlar uzağa baxanda gözlərini qıyırlarsa, gözlərində çəplik, qızartı və sulanma varsa, balacalar gözlərini çox qaşıyırlarsa, əşyaları gözlərinə çox yaxın tuturlarsa, hansına bir əşyaya başlarını əyərək baxırlarsa oftalmoloqa müraciət olunmalıdır. Bununla yanaşı, yarımçıq doğulmuş körpələr və ailə üzvlərində görmə patologiyaları olan uşaqlar göz həkiminin nəzarətində olmalıdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.