CƏMİYYƏT
Uşaqlarda nefrotik və nefritik sindromlara həsr olunmuş seminar keçirilib
Bakı, 1 fevral, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında rezidentlərin iştirakı ilə seminar keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, seminar uşaqlarda nefrotik və nefritik sindromlara həsr edilib.
Klinikanın rezidenti Nəcilə Əlmərdanova həmin sindromların əlamətləri, diferensiyası və ilkin diaqnostikası ilə əlaqədar seminar iştirakçılarına ətraflı məlumat verib.
Seminarda həmin sindromlarla müşahidə olunan xəstələr üzərində aparılan müşahidələr, tətbiq olunan müalicə üsulları, ağır xəstələrin müalicədən əvvəlki və sonrakı vəziyyətləri ilə bağlı söhbət açılıb, slaydlar vasitəsilə çoxsaylı nümunələr təqdim olunub.
Seminarda iştirakçıları maraqlandıran suallara cavablar verilib.