CƏMİYYƏT


Uşaqlarda zəhərlənmə və onun yaratdığı fəsadlar

Uşaqlarda zəhərlənmə və onun yaratdığı fəsadlar

Bakı, 6 dekabr, AZƏRTAC

Uşaqlar arasında tez-tez zəhərlənmə hadisələrinin baş verməsi çox böyük narahatlıq doğurur. Bəzən buna azyaşlı uşaqların şirniyyat və ya başqa qida bilib yediyi kimyəvi maddələr səbəb olur. Ağır zəhərlənmə yaradan həmin maddələr əsasən siçan zəhərləri, kimyəvi məhlullar və sirkələrdir. Həmin maddələrin uşaqların gözü önündə olması bədbəxt hadisələrlə nəticələnir.

AZƏRTAC xəbər verir ki, Bakı şəhər Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov deyib: “Orqanizmdə zəhərlənməyə səbəb olan həmin maddələri qəbul edəndən sonra əsasən qaraciyərdə qanın laxtalanma prosesi pozulur və vaxtında qarşısı alınmayanda əvvəlcə uşaqların iştahası pozulur, halsızlıq, başgicəllənmə əmələ gəlir, ağız boşluğunun, qida borusu və mədənin kimyəvi yanığı baş verir. Belə olanda onları ağır vəziyyətdən çıxarmaq üçün uzunmüddətli müalicə tələb olunur”.

Ağır zəhərlənmə yaradan kimyəvi maddələr ağıza, gözə, dəriyə düşdükdə əks reaksiya verir. Ona görə də bunun baş verməməsi üçün istifadə olunan kimyəvi tərkibli yuyucu və təmizlik vasitələri, dərmanlar, eləcə də zərərvericilərə qarşı istifadə olunan vasitələri evlərdə xüsusi dolablarda, xüsusi saxlama yerlərində və uşaqlar üçün əlçatan olmayan məkanlarda saxlamaq lazımdır.

Nəzərə almaq lazımdır ki, azyaşlı və yaşlıların orqanizmi gənclərlə müqayisədə çox həssas olur. Kimyəvi toksinlər onların bədənində qalıcı fəsadlara da çevrilə bilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.