MƏDƏNİYYƏT


“Uşaqları biliyə aparan yol” adlı tədbir təşkil olunub

Bakı, 18 noyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Yasamal rayonu İlqar İbrahimov adına 167 nömrəli məktəbdə “Uşaqları biliyə aparan yol” adlı tədbir təşkil edib.

İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə kitabxananın əməkdaşları şagirdlərə kitab oxumağın faydalarından danışıblar. Qeyd edilib ki, mütaliə insanın söz ehtiyatını artırır. Evində çox kitabı olan insan ən zəngin insandır. Kitab oxumaqla dünyanın hər nöqtəsinə, hətta keçmişə, gələcəyə səyahət etmək mümkündür.

Daha sonra şagirdlər də kitab oxumağın faydalı olması haqqında fikirlərini bölüşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.