DÜNYA


Uşaqları dil bilmədən birinci sinfə qəbul etmək olarmı?

Berlin, 9 avqust, AZƏRTAC 

Almaniya bundestaqında XDİ/XSİ fraksiyası başçısının müavini Karsten Linnemannın alman dilini pis bilən uşaqların ibtidai məktəblərə qəbul edilməməsi barədə təklifi solçu və sol-mərkəzçi partiyalar tərəfindən kəskin tənqid edilib. AZƏRTAC xəbər verir ki, solçu qüvvələr siyasətçinin bu bəyanatını ayrı-seçkilik adlandırıblar.

Linnemannın bu yaxınlarda “Rheinischen Post” qəzetinə müsahibəsi qalmaqala səbəb olub. O deyib ki, alman dilində danışmağı bacarmayan və ya bu dili başa düşməyən uşağın məktəbdə yeri yoxdur. O, belə uşaqlara məktəb yerinə, uşaq bağçasına getməyi məsləhət görüb.

Lakin partiya yoldaşları arasında onu dəstəkləyənlər tapılıb. Məsələn, XDİ/XSİ bloku nəzdindəki gənclər təşkilatının təmsilçisi Tilman Kuban öz mikrobloqunda Linnemannın təklifini düzgün təklif adlandıraraq yazıb: “Əgər uşaq ibtidai məktəbə gedirsə, o, alman dilində danışmağı bacarmalıdır”.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.