MƏDƏNİYYƏT


Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bir sıra qoruqlarda tədbirlər keçiriləcək

Bakı, 31 may, AZƏRTAC

1 İyun -Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Dövlət Turizm Agentliyinin (DTA) tabeliyindəki “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda uşaqlar gününə həsr olunmuş tədbirlər təşkil olunacaq.

DTA-dan AZƏRTAC-a bildirilib ki, qoruqda gün ərzində uşaqlar üçün interaktiv və əyləncəli oyunlar, Kromlex daş sərgisi və muzeylə tanışlıq, məktəblilərdən ibarət musiqi və rəqs qruplarının çıxışı nəzərdə tutulub.

Həmçinin bir sıra məktəblərin şagirdləri və müəllim heyəti üçün onlayn videokonfrans keçiriləcək.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Şəki Tarix-Diyarşünaslıq Muzeyində də azyaşlı ziyarətçilər üçün əyləncəli tədbirlər təşkil olunacaq. “Kiş” Tarix-Memarlıq Qoruğunda yerli sənətkarların, eləcə də uşaqların taxta üzərində oyma və tikmə işlərindən ibarət əl işləri nümayiş etdiriləcək.

Qeyd edək ki, “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, “Kiş” Tarix-Memarlıq Qoruğu və Şəki Tarix-Diyarşünaslıq Muzeyinə 18 yaşadək uşaqların girişi ödənişsizdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.