MƏDƏNİYYƏT


Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə onlayn interaktiv tədbir keçirilib

Bakı, 2 iyun, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrı “Miqrasiya Könüllüsü” İctimai Birliyi ilə birlikdə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlar üçün internet üzərindən interaktiv tədbir keçirib.

İdarədən AZƏRTAC-a bildirilib ki, əyləncəli, intellektual və teatrlaşdırılmış tədbir Bakı Uşaq və Gənclər Teatrının “Facebook” hesabından canlı yayımlanıb.

Tədbir zamanı tamaşalardan hissələr, şeir, musiqi nömrələri təqdim edilib, Azərbaycanın ən məşhur illüzionisti sehrbaz Tofiq əmi isə maraqlı illüziya nömrələri ilə çıxış edib.

Tamaşaçılar rəy bölməsində aktiv iştirak edərək verilən sualları cavablandırıb, hədiyyələr qazanıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.