MƏDƏNİYYƏT


Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər təşkil ediləcək

Bakı, 27 may, AZƏRTAC

İyunun 1-i bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Bu münasibətlə bu gündən başlayaraq Mədəniyyət Nazirliyinin və Bakı Mədəniyyət Baş İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə “Uşaq kinosu həftəsi”nə başlanılıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, mayın 31-dək davam edəcək həftə çərçivəsində 16 müəssisədə 32 filmin nümayişi nəzərdə tutulur.

Həmçinin mayın 30-da Nizami Kino Mərkəzində xeyriyyə tədbiri keçiriləcək. Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunacaq xeyriyyə tədbiri “Salnaməfilm” sənədli filmlər studiyası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Nizami Kino Mərkəzi və “Ulduz” şokolad fabrikinin birgə təşkilatçılığı ilə həyata keçiriləcək.

Uşaq kollektivlərinin iştirakı ilə konsert proqramı və yeni cizgi filmlərinin təqdimatından ibarət bayrama qayğı və diqqətə xüsusi ehtiyacı olan uşaqlar qatılacaq. Sözügedən tədbirdə məqsəd uşaqlara sevinc və təbəssüm bəxş etməkdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.