CƏMİYYƏT


Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar miqrasiya könüllüləri balacalara bayram əhval ruhiyyəsi yaşadıblar

Bakı, 1 iyun, AZƏRTAC

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinin (DMX) “Miqrasiya Könüllüsü” İctimai Birliyi və Bakı Uşaq və Gənclər Teatrının birgə təşkilatçılığı ilə ilk dəfə olaraq onlayn interaktiv tədbir keçirilib.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, tədbir “facebook” və “Instagram” sosial şəbəkələri vasitəsilə canlı yayımlanıb.

Bakı Uşaq və Gənclər Teatrının peşəkar aktyor və aktrisaları tərəfindən müxtəlif səhnəciklər, musiqi nömrələri, bacarıqlı əllər şousu, sehrbazlıq nümunələri göstərilib.

İnteraktiv viktorinalarda qalib gələn uşaqlar hədiyyə qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.