CƏMİYYƏT


Uşaqların IV Ümumrespublika Forumuna  vəsiqə qazanan məktəblilərlə görüş keçirilib VİDEO

Bakı, 21 avqust, AZƏRTAC

Avqustun 21-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Uşaqların IV Ümumrespublika Forumuna vəsiqə qazanan məktəblilərlə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə uşaqların fəallığının artırılmasında belə görüşlərin əhəmiyyətini vurğulayıb.

Nazir Ramin Quluzadə uşaqların bir çox problemlərin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratdığı üçün bu cür forumların keçirilməsini yüksək qiymətləndirib.

İKT sektorundakı ən son yeniliklər, yüksək texnologiyalar və ölkəmizin kosmik sənayesi barədə söz açan nazir uşaqları “Azərkosmos”un Peyk İdarəetmə Mərkəzinə dəvət edib. Sonra nazir uşaqların startaplar, internet resursları, “Elektron hökumət” və s. barədə suallarını cavablandırıb.

Səmimi atmosferdə keçən görüşdə şagirdlərin təklifləri dinlənilib və maraqlı diskussiyalar aparılıb.

Sonda nazir R.Quluzadə uşaqlara Azərbaycanın rabitə tarixini əks etdirən “Azərbaycan Telefon Rabitəsi 135 il” kitabı və müxtəlif mövzulara həsr olunmuş marka kolleksiyaları hədiyyə edib.

Bu ilin aprel-may aylarında regional görüşlərin keçirildiyini deyən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq problemləri şöbəsinin müdiri Cəmilə Bağırova bildirib ki, uşaq hüquqları sahəsində bilikləri olan, mövzu ətrafında sərbəst şəkildə fikirlərini ifadə edən uşaqların seçimi uğurla başa çatıb. Diqqətə çatdırılıb ki, uşaqların intellektual və hüquqi biliklərinin artmasına kömək edəcək forumda 400-ə yaxın şagird iştirak edəcək.

Qeyd edək ki, Uşaqların IV Ümumrespublika Forumu noyabrın 20-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.