CƏMİYYƏT


“Uşaqların asudə vaxtının səmərəli təşkili” mövzusunda onlayn təlim keçiriləcək

Bakı, 6 aprel, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) uşaqları əhatə edən müxtəlif məsələlərlə bağlı onlayn təlimlərə başlayır. Təlimlər asudə vaxtın səmərəli təşkili, uşaqların internet təhlükəsizliyi, uşaq psixologiyası mövzularını əhatə edəcək.

Uşaqların asudə vaxtlarının səmərəli təşkili onların inkişafında vacib istiqamətlərdən biridir. Asudə vaxtın səmərəli təşkil edilməsi uşaqların həm fiziki, həm də psixi sağlamlığına böyük təsir edir. Hazırda uşaqlar günün bütün hissəsini evdə keçirirlər. Tədris prosesindən qalmamaq üçün onlayn təhsil vasitələrindən istifadə edilir.

Komitədən AZƏRTAC-a verilən məlumata görə, belə vəziyyətlərdə asudə vaxtın səmərəli keçirilməsi məsələsi yenidən öz aktuallığını saxlayır. #Evdəqal-an uşaqlar boş vaxtlarını necə keçirməlidir və onu necə bölüşdürməlidir? Asudə vaxtlarında hansı fəaliyyətlə məşğul ola bilərlər? Yaş xüsusiyyətləri nəzərə alınaraq hansı bədii ədəbiyyatları oxuya və həmin ədəbiyyatları necə əldə edə bilərlər?

Məhz bu məsələlər ətrafında aprelin 8-də saat 16:00-da “Uşaqların asudə vaxtının səmərəli təşkili” mövzusunda onlayn təlim keçiriləcək.

Təlim Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Fərid Ədilov və təhsilin idarə edilməsi üzrə mütəxəssis, Landau Məktəbinin müəllimi Qoşqar Məhərrəmov tərəfindən aparılacaq.

Təlim komitənin rəsmi “Facebook” səhifəsində canlı yayımlanacaq, suallar cavablandırılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.