Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 4, maddə 360) 14.1.3-cü maddəsində “dəyişdirdikdə bir ay müddətində ərazi üzrə tibb müəssisəsində uçota alınmaq” sözləri “dəyişdikdə uşağın uçota alınması üçün ərazi üzrə tibb müəssisəsinə bir ay müddətində müraciət etmək” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 dekabr 2017-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin