CƏMİYYƏT


Uşaqların maska taxması ən yaxşı qoruyucu vasitədir

Bakı, 11 sentyabr, AZƏRTAC

Yeni növ koronavirusa (COVID-19) yoluxmamaq üçün ən yaxşı vasitələrdən biri maskadır. Valideynlər övladlarının maska taxması ilə əlaqədar bəzən problemlə üzləşirlər.

Həkimlər qapalı məkanlarda böyüklərlə yanaşı balacaların da maskadan istifadəsinin vacib olduğunu deyirlər. Paytaxtdakı 20 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Hafizə Məmmədova buna münasibət bildirərək deyib ki, istər maskalı, istərsə də maskasız uşaqların sıxlıq, toplum olan yerlərə getməmələri tövsiyə olunur. Əgər həmin məkanlara getmək məcburiyyəti varsa, maskadan istifadə etmək zəruridir. Açıq məkanlarda və sosial məsafə saxlanılan ərazilərdə maska taxmaq o qədər də vacib deyil.

Uşaqların yaş faktorunun da nəzərə alınması vacibdir. Həmçinin maskanın tez-tez dəyişdirilməsinə də diqqət yetirmək lazımdır: “2 yaşa qədər uşaqlarda boğulma riski yaratdığına görə maska ehtiyatla taxılmalıdır və hər 2 saatdan bir mütləq dəyişdirilməlidir”.

Həkimlər bildirirlər ki, 2 saatdan bir dəyişdirilməyən və yuyulub istifadə edilən maskalar qoruyuculuq funksiyasını itirir. Bu zaman isə yoluxma təhlükəsi artır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.